—

Kaxa Kaladze: “Salome Zurabişvili də digər radikallar kimi agentdir”

324
Kaxa Kaladze: “Salome Zurabişvili də digər radikallar kimi agentdir”
Dinləmək üçün basın

"Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili digər radikal fiqurlar kimi “agentdir” və onların fəaliyyətində fərq yoxdur."

"Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili digər radikal fiqurlar kimi “agentdir” və onların fəaliyyətində fərq yoxdur."

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.

“Salome Zurabişvili də elə bir agentdir, necə ki, digər radikallar – Qvaramiya və başqaları. Onlar bir-birindən heç nə ilə fərqlənmirlər. Biri qadındır, digəri kişi – sadəcə ad və soyadla fərqlənirlər. Adi agentura şəbəkəsidirlər, öz ‘sahibləri’ var və nə tapşırırlarsa, onu da edirlər. Heç istisna deyil ki, Salome Zurabişviliyə də göstəriş verilib, əmr olunub ki, o, bu qərarı qəbul etsin və azadlığa çıxarılsın”, – deyə Kaladze vurğulayıb.

Qeyd edək ki, “Makkeyn İnstitutu” açıqlama yayaraq Nika Qvaramiyanın azadlığa buraxılmasında həlledici rol oynadıqlarını bəyan edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →