—

Qanunsuz silah-sursat əməliyyatı – 37 nəfər saxlanıldı

386
Qanunsuz silah-sursat əməliyyatı – 37 nəfər saxlanıldı
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları son üç gün ərzində Tbilisi və bölgələrdə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz odlu silah və sursatın əldə edilməsi, saxlanılması və…

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları son üç gün ərzində Tbilisi və bölgələrdə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz odlu silah və sursatın əldə edilməsi, saxlanılması və daşınmasında ittiham olunan 37 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb. 

Nazirliyin məlumatına görə, məhkəmə qərarı əsasında aparılan axtarışlar zamanı saxlanılan şəxslərin üzərində, yaşadıqları evlərdə, yardımçı binalarda və avtomobillərində müxtəlif tipli onlarla odlu silah və döyüş sursatı aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd olunub ki, törədilən cinayətlərə görə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri üzrə istintaq aparılır.

DİN bildirir ki, ictimai asayişin və təhlükəsizliyin qorunması məqsədilə polis əməkdaşları ölkə üzrə 24 saatlıq rejimdə müvafiq tədbirləri davam etdirirlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →