—

Tbilisi-Marneuli yolunda bir nəfər saxlanıldı

1,454
Tbilisi-Marneuli yolunda bir nəfər saxlanıldı
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin istintaq idarəsi əməkdaşları kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşını dövlət sərhədini…

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin istintaq idarəsi əməkdaşları kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşını dövlət sərhədini qanunsuz keçməkdə ittiham edərək saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat verib. 

Nazirliyin məlumatına görə, cinayət 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

İstintaqla müəyyən olunub ki, 1998-ci il təvəllüdlü Ç.Q. Gürcüstan dövlət sərhədini sərhəd nəzarətindən kənar, qanunsuz olaraq keçib. O, Tbilisi–Marneuli yolunda avtomobillə hərəkətdə olarkən saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsi üzrə istintaq aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →