—

Polis əməkdaşı və iki nəfər narkotik satışına görə saxlanıldı

507
Polis əməkdaşı və iki nəfər narkotik satışına görə saxlanıldı
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Baş Müfəttişliyi, Baş Prokurorluqla birgə keçirdiyi istintaq, prosessual və əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satışında…

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Baş Müfəttişliyi, Baş Prokurorluqla birgə keçirdiyi istintaq, prosessual və əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satışında təqsirləndirilən üç nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.

Nazirliyin açıqlamasına görə, saxlanılanlardan biri İmereti Polis Departamentinin Kutaisi Şəhər İdarəsinin 2-ci şöbəsinin sahə inspektorudur.

İstintaqla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü polis əməkdaşı X.Z. maddi gəlir əldə etmək məqsədilə 1964-cü il təvəllüdlü İ.Q. və 1960-cı il təvəllüdlü A.B.-yə “morfin” adlı narkotik vasitəni qanunsuz olaraq satıb.

İ.Q. və A.B.-nin üzərinə və yaşadıqları evlərə keçirilən baxış zamanı “morfin” və “buprenorfin” adlı narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 1-ci və 2-ci hissələri, həmçinin 260-cı maddənin “tertsia” 4-cü hissəsi üzrə istintaq aparılır. Qanun bu cinayətə görə 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →