—

Paşinyan: Ermənistan–Azərbaycan münasibətlərində mühüm mərhələyə çatdıq

1,420
Paşinyan: Ermənistan–Azərbaycan münasibətlərində mühüm mərhələyə çatdıq
Dinləmək üçün basın

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş zamanı bildirib ki, bu gün Ermənistan–Azərbaycan münasibətlərində mühüm mərhələyə çatılıb və…

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş zamanı bildirib ki, bu gün Ermənistan–Azərbaycan münasibətlərində mühüm mərhələyə çatılıb və tərəflər keçmişdən daha yaxşı bir gələcəyin təməlini qoyurlar.

Paşinyanın sözlərinə görə, əldə olunan irəliləyiş ABŞ Prezidenti Donald Trampın şəxsi iştirakı və regionda sülhə sadiqliyi olmadan mümkün olmazdı. O vurğulayıb ki, sülh sazişinin paraflanması iki ölkə arasında onilliklərdir davam edən münaqişənin sona çatdırılmasına imkan yaradacaq və qarşılıqlı suverenlik və ərazi bütövlüyünə tam hörmət prinsipi üzərində qurulacaq yeni dövrün başlanğıcını qoyacaq.

Baş nazir qeyd edib ki, bu gün Prezident Donald Trampın da şəxsən imzalayacağı və imzalama mərasimində iştirak edəcəyi bəyanatlar Cənubi Qafqazda sülh, rifah, təhlükəsizlik və iqtisadi əməkdaşlığın yeni fəslinin açıldığına inam və zəmanət verir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →