—

Paatə Burçuladze: “4 oktyabr Bidzina İvanişvilinin sülh yolu ilə devrilməsi günü elan olunur”

341
Paatə Burçuladze: “4 oktyabr Bidzina İvanişvilinin sülh yolu ilə devrilməsi günü elan olunur”
Dinləmək üçün basın

Dünyaca məşhur opera ifaçısı Paatə Burçuladze 4 oktyabr saat 16:00-da Tbilisidəki Respublika meydanında “Milli Qurultay” keçiriləcəyini elan edib.

Dünyaca məşhur opera ifaçısı Paatə Burçuladze 4 oktyabr saat 16:00-da Tbilisidəki Respublika meydanında “Milli Qurultay” keçiriləcəyini elan edib.

InterPress.ge xəbər verir ki, bu barədə o, hökumət administrasiyası qarşısında ictimaiyyətə tanınmış şəxslərlə birgə çıxışı zamanı bəyanat verib.

Burçuladzenin sözlərinə görə, 4 oktyabr yalnız etiraz günü deyil, “tarixi qələbə” günü olacaq:

“Bu müraciətin ünvanı heç bir siyasi partiya və ya siyasətçi deyil. Ona görə də xalqıma – Gürcü xalqına müraciət edirəm. 4 oktyabr saat 16:00-da Respublika meydanında yığışırıq, milli qurultay keçiririk, rejimin zəbt etdiyi ölkəni geri alırıq və Gürcüstanın azadlığına səs veririk. İvanişviliyə qanunsuz şəkildə ələ keçirdiyi hakimiyyəti əlindən almalı və onu xalqımıza qaytarmalıyıq. 4 oktyabr təkcə etiraz günü deyil – bu, tarixi qələbə günü olacaq. Buna görə də bu gün İvanişvilinin sülh yolu ilə devrilməsi günü elan olunur. Hazır ol, Gürcüstan – mübarizə sonadək davam edəcək!”

Təşkilatçılar aksiyanın dinc və ümumxalq səviyyəsində keçirilməsi üçün hazırlıqlara başladığını bildiriblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →