—

Tina Bokuçava: “Vahid Milli Hərəkat” DTX tərəfindən hədəf alınan ən güclü və dürüst siyasi qüvvədir

358
Tina Bokuçava: “Vahid Milli Hərəkat” DTX tərəfindən hədəf alınan ən güclü və dürüst siyasi qüvvədir
Dinləmək üçün basın

Partiyamız İvanişvilinin rejiminə qarşı mübarizə aparan ən güclü və ən doğru siyasi qüvvə olaraq – Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) daimi hədəfi olub, belə də qalacaq.

Partiyamız İvanişvilinin rejiminə qarşı mübarizə aparan ən güclü və ən doğru siyasi qüvvə olaraq – Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) daimi hədəfi olub, belə də qalacaq.

InterPress.ge xəbər verir ki, bu barədə “Vahid Milli Hərəkat”ın sədri Tina Bokuçava brifinqdə bildirib.

Bokuçavanın sözlərinə görə, DTX -nin fəallığının artması partiyanın son aylarda reytinqinin yüksəlməsi ilə bağlıdır:

“Partiyada DTX-nin müdaxilə cəhdləri haqqında keçmiş prezident Mixeil Saakaşvili hələ bir neçə ay əvvəl danışmışdı. Tam məsuliyyətlə bildirirəm ki, mən, partiyanın sədri olaraq, DTX- nin ‘Vahid Milli Hərəkat’a qarşı süni filtrasiya və diskreditasiya cəhdlərinə yol verməyəcəyəm.”

O qeyd edib ki, partiya öz keçmişini düzgün dəyərləndirərək yalnız Avropaya inteqrasiya yönündə gələcəyə baxır:

“‘Vahid Milli Hərəkat’ bir siyasi qüvvə olaraq formalaşıb və yalnız sabaha – parlaq, Avropa gələcəyinə doğru baxır. Bu yolda ən böyük töhfə partiyanın gənclər təşkilatına – mübariz, dürüst və ləyaqətli nüvəsinə aiddir.”

Bokuçava bildirib ki, DTX- nin fəallığı məhz partiyanın son aylarda artan ictimai dəstəyi ilə bağlıdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →