—

Gürcüstanda ağır yol qəzası baş verdi - 11 yaralı

1,569
Gürcüstanda ağır yol qəzası baş verdi - 11 yaralı
Dinləmək üçün basın

Telavi-Ğvareli magistralında baş verən yol qəzasında 11 nəfər yaralanıb. InterPress . ge xəbər verir ki, onlardan biri 4 yaşlı uşaqdır. Telavi Bələdiyyəsinin Qaracalar kəndindən üzüm yığmaq üçün Ğvareliyə işçilər aparan…

Telavi-Ğvareli magistralında baş verən yol qəzasında 11 nəfər yaralanıb.

InterPress.ge xəbər verir ki, onlardan biri 4 yaşlı uşaqdır.

Telavi Bələdiyyəsinin Qaracalar kəndindən üzüm yığmaq üçün Ğvareliyə işçilər aparan mikroavtobus betona çırpılaraq aşıb. Avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Şahidlərin sözlərinə görə, avtomobildə nasazlıq yaranıb və sürücü avtomobili idarə edə bilməyib.

Yaralılar təcili yardım briqadası tərəfindən Ğvareli və Telavi klinikalarına yerləşdiriliblər.

Telavi Referral Xəstəxanasının rəhbəri Xatuna Çoniaşvilinin sözlərinə görə, səkkiz nəfər klinikaya yerləşdirilib, onlardan ikisi əməliyyat olunub və reanimasiya şöbəsindədir, azyaşlı uşaq isə Tbilisidəki müvafiq klinikaya aparılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırma 276-cı maddənin ikinci hissəsi ilə davam etdirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →