—

Qanunsuz silah saxlama və narkotiklərlə bağlı 6 nəfər saxlanılıb

298
Qanunsuz silah saxlama və narkotiklərlə bağlı 6 nəfər saxlanılıb
Dinləmək üçün basın

Tbilisi, Mərkəzi Cinayət Polisi, Şida Kartli, Sameqrelo-Yuxarı Svaneti və İmereti polis idarələrinin əməkdaşlarının son dövrdə həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qanunsuz odlu silah və…

Tbilisi, Mərkəzi Cinayət Polisi, Şida Kartli, Sameqrelo-Yuxarı Svaneti və İmereti polis idarələrinin əməkdaşlarının son dövrdə həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qanunsuz odlu silah və döyüş sursatı aşkar edilərək götürülüb, ümumilikdə 6 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Nazirliyin bildirdiyinə görə, saxlanılan şəxslər aşağıdakılardır:

– 1960-cı il təvəllüdlü A.G.,

– 1982-ci il təvəllüdlü G.G.,

– 1999-cu il təvəllüdlü L.G.,

– əvvəl məhkum olunmuş 1987-ci il təvəllüdlü Z.Q.,

– 1978-ci il təvəllüdlü G.D. və

– 1994-cü il təvəllüdlü, hal-hazırda şərti cəza altında olan İ.A.

Həmin şəxslərin üzərinə, yaşadıqları evlərə və həyətyanı sahələrə baxış zamanı müxtəlif tipli odlu silahlar, döyüş sursatı, tapançalar, revolverlər, ov tüfəngləri, daraqlar, patronlar və narkotik vasitələr maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırmalar Cinayət Məcəlləsinin 236-cı (qanunsuz silah saxlama), 260-cı (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 265¹-ci maddələri ilə aparılır. Cinayətlər 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →