—

Batumidə öz övladına qarşı seksual zorakılıq edən Türkiyə vətəndaşı saxlanılıb

343
Batumidə öz övladına qarşı seksual zorakılıq edən Türkiyə vətəndaşı saxlanılıb
Dinləmək üçün basın

Acarıstan Polis Departamentinin əməkdaşları kompleks operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində Türkiyə Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü Ş.İ.-ni saxlayıblar. O, ailə üzvünə qarşı təkrarən…

Acarıstan Polis Departamentinin əməkdaşları kompleks operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində Türkiyə Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü Ş.İ.-ni saxlayıblar. O, ailə üzvünə qarşı təkrarən törədilmiş cinsi zorakılıq və ölüm, eləcə də sağlamlığa xəsarət yetirmə hədəsi ilə ittiham olunur.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaq müəyyən edib ki, Ş.İ. həm Türkiyədə, həm də Gürcüstanda olduğu müddətdə öz övladına sistemli şəkildə seksual zorakılıq tətbiq edib, onu ölümlə və bədən xəsarəti ilə hədələyib.

Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 11^1 maddəsinin 137-ci və 151-ci maddələri üzrə aparılır. Bu maddələr təqsirləndirilən şəxsə 13 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Ş.İ. hüquq-mühafizə orqanları tərəfindən Batumidə saxlanılıb. Hazırda istintaq davam edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →