—

Azərbaycanın XİN rəhbəri: Azərbaycan və Ermənistan arasında sülh üçün real imkanlar mövcuddur

204
Azərbaycanın XİN rəhbəri: Azərbaycan və Ermənistan arasında sülh üçün real imkanlar mövcuddur
Dinləmək üçün basın

Azərbaycan və Ermənistan arasında sülh üçün real imkanlar mövcuddur.

Azərbaycan və Ermənistan arasında sülh üçün real imkanlar mövcuddur.

InterPress.ge xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı Maka Boçorişvili ilə birgə keçirilən brifinqdə deyib.

O bildirib ki, Ermənistan-Azərbaycan münasibətləri və postmünaqişə dövründəki proseslər barədə Gürcüstan tərəfinə ətraflı məlumat verilib.

“Sülh prosesi üzrə perspektivlər ümidvericidir, lakin bu istiqamətdə konkret addımların atılması vacibdir. Təəssüf ki, Ermənistan hələ də üzərinə düşən öhdəlikləri yerinə yetirməyib,” – deyə nazir bildirib.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Ermənistan konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə dair iddiaların çıxarılmasının vacibliyini də vurğulayıb. O, eyni zamanda, artıq əhəmiyyətini itirmiş Minsk qrupunun fəaliyyətinin tamamilə dayandırılmasının zəruriliyini qeyd edib.

C.Bayramov əlavə edib ki, görüşdə sərhədlərin delimitasiyası prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və mina təhlükəsi barədə də ətraflı müzakirələr aparılıb.

Onun sözlərinə görə, Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür və bu istiqamətdə sistemli işlərin davam etdirilməsi planlaşdırılır.

“Əməkdaşlıq sahəsində qarşıdakı aylar və illərdə daha məqsədyönlü addımlar atılacaq”, – deyə Ceyhun Bayramov vurğulayıb.

Nazir qeyd edib ki, turizm sahəsində də iki ölkə arasında böyük əməkdaşlıq imkanları mövcuddur.

“Ölkələrimizin əlverişli coğrafi mövqedə yerləşməsi bu sahədə birgə layihələrin həyata keçirilməsini aktuallaşdırır,” – deyə o əlavə edib.

Sonda Ceyhun Bayramov gürcüstanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →