—

İrakli Kobaxidze: Bəyənmədiyiniz siyasi qüvvəni gözdən salmaq üçün ona rusiyapərəst damğası vurursunuz

317
İrakli Kobaxidze: Bəyənmədiyiniz siyasi qüvvəni gözdən salmaq üçün ona rusiyapərəst damğası vurursunuz
Dinləmək üçün basın

“Bəyənmədiyiniz siyasi qüvvəni gözdən salmaq üçün ona rusiyapərəst damğası vurursunuz. Bu, sadə və dəyişməz bir əlyazmadır.”

“Bəyənmədiyiniz siyasi qüvvəni gözdən salmaq üçün ona rusiyapərəst damğası vurursunuz. Bu, sadə və dəyişməz bir əlyazmadır.”

InterPress.ge xəbər verir ki, bunu  Baş nazir İrakli Kobaxidze “Rustavi 2” telekanalına müsahibəsində deyib.

O, beynəlxalq və yerli siyasi dairələrdə aparılan dezinformasiya kampaniyalarına toxunub.

“Müxtəlif ölkələrdə müəyyən siyasi qrupları gözdən salmaq üçün onlara “rusiyapərəst” damğası vurmaq klassik taktikadır. Bu yanaşma “dərin dövlətin dəsti-xətti”dir”.

Baş nazirin sözlərinə görə, Gürcüstanda bu cür kampaniya hələ 2011-ci ildə hakim partiyanın əsas qurucusu Bidzina İvanişvili siyasətə gəlməzdən əvvəl başlayıb.

O əlavə edib ki, bu cür ritorika sonradan “Qlobal Müharibə Partiyası” termini ilə əvəzlənib və bu yanaşma ABŞ-da “Dərin Dövlət” anlayışı ilə eyniləşdirilir.

“Eyni ssenari müxtəlif ölkələrdə tətbiq edilir. Məsələn, Macarıstanın baş naziri Viktor Orban da rusiyayönlü siyasətçi kimi təqdim olunur, halbuki ölkədə bu cür meyllər müşahidə olunmur”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →