—

Güclü yağış Batumi–Axalçixe yolunda torpaq sürüşməsinə səbəb olub

374
Güclü yağış Batumi–Axalçixe yolunda torpaq sürüşməsinə səbəb olub
Dinləmək üçün basın

Güclü yağış nəticəsində Batumi (Angisa)–Axaltsixe avtomobil yolunun 130-cu kilometrində, Zarzma kəndi yaxınlığında torpaq sürüşməsi baş verib.

Güclü yağış nəticəsində Batumi (Angisa)–Axaltsixe avtomobil yolunun 130-cu kilometrində, Zarzma kəndi yaxınlığında torpaq sürüşməsi baş verib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Hadisə nəticəsində avtomobil yoluna torpaq kütləsi tökülüb və bu səbəbdən bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Ərazidə bərpa və təmizləmə işləri planlaşdırılır. Departament sürücüləri hava şəraitini və yol vəziyyətini nəzərə alaraq ehtiyatlı olmağa çağırır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →