—

Zurabişvili: “Batumelebi”yə qarşı tətbiq edilən inkasso məqsədyönlü repressiyadır

247
Zurabişvili: “Batumelebi”yə qarşı tətbiq edilən inkasso məqsədyönlü repressiyadır
Dinləmək üçün basın

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Gəlirlər Xidməti tərəfindən “Batumelebi” nəşriyyatının hesablarına inkasso qoyulmasına münasibət bildirib.

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Gəlirlər Xidməti tərəfindən “Batumelebi” nəşriyyatının hesablarına inkasso qoyulmasına münasibət bildirib.

InterPress.ge xəbər verir ki, o, bu addımı müstəqil mediaya qarşı məqsədli cəza və təzyiq aktı kimi qiymətləndirib.

“Gürcüstanda terror – hökumət müstəqil media qurumu olan ‘Batumelebi’nin hesablarını jurnalist Mzia Amaghlobelinin məhkəmə prosesindən cəmi bir neçə gün əvvəl dondurdu – bu açıq-aşkar cəza aktıdır. Bu, ədalət deyil. Bu, məqsədyönlü repressiyadır,” – deyə  Zurabişvili sosial şəbəkə platforması X-də yazıb.

Xatırladaq ki, bu gün “Batumelebi” redaksiyası məlumat yayaraq bildirmişdi ki, Gürcüstan Gəlirlər Xidməti onların hesablarına inkasso qoyub. Rəsmi səbəb kimi 47 min lari məbləğində maliyyə borcu göstərilib. Redaksiya isə bu addımı jurnalistə və media qurumuna təzyiq kimi qiymətləndirir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →