—

Gürcüstanda yüksək temperatur fonunda qısamüddətli yağış və ildırım gözlənilir

445
 Gürcüstanda yüksək temperatur fonunda qısamüddətli yağış və ildırım gözlənilir
Dinləmək üçün basın

22-24 iyul tarixlərində ölkənin bir sıra bölgələrində yüksək temperatur fonunda qısamüddətli yağış, ildırım və küləyin güclənməsi müşahidə olunacaq. Dağlıq və yüksək dağlıq ərazilərdə dolu ehtimalı da istisna edilmir.

22-24 iyul tarixlərində ölkənin bir sıra bölgələrində yüksək temperatur fonunda qısamüddətli yağış, ildırım və küləyin güclənməsi müşahidə olunacaq. Dağlıq və yüksək dağlıq ərazilərdə dolu ehtimalı da istisna edilmir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Tbilisidə gecə saatlarında ildırımla müşayiət olunan qısamüddətli yağış və küləyin güclənməsi mümkündür. Gündüz hava temperaturu +33…+35°C arasında olacaq.

Sahil rayonları (Batumi, Kobuleti, Anaklia, Poti):

Bəzi yerlərdə ildırımlı yağış və küləyin güclənməsi gözlənilir. Temperatur gündüz +29…+31°C.

Qərbi Gürcüstanın düzənlik rayonları (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti):

Qısamüddətli yağış, ildırım və güclü külək ehtimalı var. Gündüz temperatur +32…+34°C.

Qərbi Gürcüstanın dağlıq rayonları (Ambrolauri, Oni, Tsageri, Şovi, Chiatura, Saçxere, Xulo, Rikot keçidi):

Bəzi yerlərdə qısamüddətli yağış və ildırım, külək güclənəcək. Temperatur +31…+33°C təşkil edəcək.

Qərbi Gürcüstanın yüksək dağlıq əraziləri (Mestia, Baxmaro):

İldırımlı yağış və güclü külək ehtimal  olunur Temperatur +27…+32°C təşkil edəcək.

Kartli (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsinvali):

Qısamüddətli yağış, ildırım, güclü külək və bəzi yerlərdə dolu gözlənilir. Temperatur +36…+38°C.

Kaxeti (Saqareco, Telavi, Gurcaani, Siqnaqi, Laqodexi, Qvareli, Axmeta, Dedoplistskaro):

Bəzi yerlərdə ildırımlı yağış, külək və dolu ehtimalı. Temperatur +36…+38°C.

Şərqi Gürcüstanın dağlıq əraziləri (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri):

Qısamüddətli yağış, ildırım, güclü külək və bəzi hallarda dolu. Temperatur +31…+33°C.

Şərqi Gürcüstanın yüksək dağlıq əraziləri (Axalkalaki, Tsalkə, Bakuriani, Qudauri, Omalo):

İldırımlı yağış, küləyin güclənməsi və bəzi yerlərdə dolu gözlənilir. Temperatur +23…+28°C.

Milli Ətraf  Mühit Agentliyi əhaliyə və aidiyyəti qurumlara hava şəraitinə uyğun ehtiyat tədbirləri görməyi tövsiyə edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →