—

Psixotrop maddələrin qanunsuz daşınmasına görə bir nəfər saxlanılıb

220
 Psixotrop maddələrin qanunsuz daşınmasına görə bir nəfər saxlanılıb
Dinləmək üçün basın

Acarıstan Patrul Polisi Departamentinin və Sərhəd İdarəetmə və Koordinasiya Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü E.P…

Acarıstan Patrul Polisi Departamentinin və Sərhəd İdarəetmə və Koordinasiya Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü E.P. saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Saxlanılan şəxs psixotrop maddələrin qanunsuz olaraq böyük miqdarda əldə edilməsi, saxlanılması və Gürcüstana qanunsuz yolla gətirilməsində ittiham olunur.

Nazirliyin məlumatına əsasən, E.P. Batumi limanı vasitəsilə Gürcüstana daxil olan gəmilərdən birinin ekipaj üzvü olub. Onun şəxsi əşyalarına və üzərinə baxış zamanı maddi sübut kimi 861 ədəd psixotrop həblə dolu dərman vasitələri aşkarlanaraq götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 261-ci (psixotrop maddələrin qanunsuz əldə olunması və saxlanması) və 263-cü (Gürcüstana qanunsuz gətirilməsi) maddələri ilə aparılır. Qanun pozuntusu sübuta yetirilərsə, E.P.-ni 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →