—

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib

1,588
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib
Dinləmək üçün basın

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib.

InterPress.ge-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Ş.Şıxlinski bir gün əvvəl həbs edilmiş oğlu kimi dövlət məmuruna qarşı zorakılıq etməkdə ittiham olunur.

Xatırladaq ki, bundan əvvəl Yekaterinburqun Leninski Rayon Məhkəməsi Ş.Şıxlinskinin oğlu Mutvalını iki ay müddətinə həbs edib.

Buna səbəb iyulun 1-də “Baku Plaza” yaxınlığında baş verən vəziyyət olub. Həmin vaxt FTX əməkdaşları avtomobildə olan diaspor rəhbərinə hücum edib. Sükan arxasında olan Mutvalı hücumdan yayınmaq üçün maşını arxaya verəndə güc strukturu orqanın əməkdaşını vurub. O, məhkəmədə sağ tərəfində olan mühafizəçini görmədiyini və baş verənlərdən peşman olduğunu bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →