—

Suriya Prezidenti: "Biz müharibədən qorxmuruq, bütün həyatımızda çətinliklərlə üzləşirik və xalqımızı qoruyuruq, lakin biz suriyalıların maraqlarını xaos və dağıntıdan üstün tuturuq"

462
Suriya Prezidenti: "Biz müharibədən qorxmuruq, bütün həyatımızda çətinliklərlə üzləşirik və xalqımızı qoruyuruq, lakin biz suriyalıların maraqlarını xaos və dağıntıdan üstün tuturuq"
Dinləmək üçün basın

Suriya Prezidenti Əhməd əl-Şəraa bəyan edib ki, Druzi icmasının hüquqlarının müdafiəsi ölkəsinin əsas prioritetlərindən biridir.

Suriya Prezidenti Əhməd əl-Şəraa bəyan edib ki, Druzi icmasının hüquqlarının müdafiəsi ölkəsinin əsas prioritetlərindən biridir.

InterPress.ge xəbər verir ki, Prezident bu barədə İsrailin Dəməşqdəki dövlət obyektələrinə hava zərbələrindən sonra çıxışında danışıb.

“İsrail hava hücumlarında Suriya Prezidentinin sarayı və Müdafiə Nazirliyini hədəf aldı. Bu zərbələr mülki və dövlət obyektələrinə qarşı yönəlmişdi”, – deyə Əhməd əl-Şəraa bildirib.

Suriya lideri ölkəsinin müharibədən qorxmadığını vurğulayıb: “Biz hər zaman çətinliklərin qarşısında olmuşuq və xalqımızı müdafiə etmişik. Lakin suriyalıların maraqlarını xaos və dağıntılardan üstün tuturuq”.

Onun sözlərinə görə, İsrailin hava hücumları bölgədə gərginliyin daha da artmasına səbəb olub. Prezident, eyni zamanda, ABŞ, ərəb ölkələri və Türkiyənin vasitəçiliyini yüksək qiymətləndirərək qeyd edib: “Bu təsirli diplomatik səylər regionu qeyri-müəyyən gələcəkdən xilas etdi”.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Marko Rubio dünən bildirmişdi ki, ölkəsi Suriyada toqquşmaların iştirakçıları ilə danışıqlara qatılıb və Druzilər yaşayan Süveyda şəhərindəki döyüşlərin yaxın zamanda dayandırılacağı gözlənilir. Suriya Xarici İşlər Nazirliyi ABŞ-ın bu sahədəki səylərini alqışlayıb. Dövlət informasiya agentliyi SANA isə Suriya ordusunun artıq Süveyda ərazisindən geri çəkilməyə başladığını açıqlayıb.

Suriya İnsan Haqları Müşahidə Qrupu isə məlumat yayıb ki, son bir həftə ərzində Süveyda və ətraf bölgələrdə Druzi döyüşçülərlə hökumət qüvvələri və bədəvi tayfalar arasında baş verən qarşıdurmalar nəticəsində 350-dən çox insan həyatını itirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →