—

Marneulidə seçkiöncəsi görüşdə insident: Qızılhaclı kəndində deputatla sakin arasında mübahisə davaya çevrilib - VİDEO

646
Marneulidə seçkiöncəsi görüşdə insident: Qızılhaclı kəndində deputatla sakin arasında mübahisə davaya çevrilib - VİDEO
Dinləmək üçün basın

Marneuli bələdiyyəsinin Qızılhaclı kəndində seçkiöncəsi görüş zamanı gərginlik yaşanıb.

Marneuli bələdiyyəsinin Qızılhaclı kəndində seçkiöncəsi görüş zamanı gərginlik yaşanıb.

InterPress.ge-nin məlumatına görə, görüşdə "Gürcü Arzusu"nun yerli bələdiyyə deputatı Ceyhun Cövdərov və kənd sakinləri iştirak ediblər.

Kənd sakinləri illərdir həllini tapmayan problemlərdən narazılıqlarını dilə gətirərək etiraz ediblər.

Müzakirələr zamanı bələdiyyə deputatı ilə kənd sakinlərindən biri arasında yaranan sözlü mübahisə daha sonra fiziki qarşıdurmaya çevrilib.

Hadisə yerində olanlar insidentin qızışmasının qarşısını almağa çalışıblar. Məlumata görə, qarşıdurma nəticəsində ciddi xəsarət alan olmayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →