—

Keçmiş hökumət başçısının son vəziyyəti açıqlandı

456
Keçmiş hökumət başçısının son vəziyyəti açıqlandı
Dinləmək üçün basın

Birinci Universitet Klinikası klinik direktoru Lali Turdzeladze bildirib ki, Adcara Muxtar Respublikasının hökumətinin sabiq sədri Tornike Rijvadze hələ də süni nəfəs aparatına qoşuludur və vəziyyəti sabit, lakin ağır…

Birinci Universitet Klinikası klinik direktoru Lali Turdzeladze bildirib ki, Adcara Muxtar Respublikasının hökumətinin sabiq sədri Tornike Rijvadze hələ də süni nəfəs aparatına qoşuludur və vəziyyəti sabit, lakin ağır olaraq qalır.

InterPress.ge xəbər verir ki, Turdzeladze “InterPressNews” agentliyinə açıqlamasında deyib:

“Vəziyyət sabitdir, pisləşmə olmayıb. Hal-hazırda həkimlərin baxışı gedir, sonra əlavə müayinələr olacaq və bundan sonra Levani Ratiyani şərh verəcək. Bəli, vəziyyəti sabit ağırdır, süni nəfəs aparatına qoşuludur, amma sabitdir.”

Xatırladaq ki, dünən səhər saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayaraq Tornike Rijvadzenin Saqareco şəhərindəki “GeoHospitals” klinikasına döş qəfəsindən odlu silah yarası ilə gətirildiyini bildirmişdi. Ona təcili tibbi yardım göstərilib və daha sonra Tbilisidəki Birinci Universitet Klinikasına köçürülüb.

Məlumata görə, Tornike Rijvadzenin işi üzrə odlu silahın səhlənkar saxlanılmasına görə Aleksi Axvlediani şübhəli şəxs qismində saxlanılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →