—

Məhkəmədə qarşıdurma yaşandı

388
Məhkəmədə qarşıdurma yaşandı
Dinləmək üçün basın

Tbilisi Şəhər Məhkəməsində Məhkəmə Mühafizə Xidməti ilə vətəndaşlar arasında fiziki qarşıdurma olub.

Tbilisi Şəhər Məhkəməsində Məhkəmə Mühafizə Xidməti ilə vətəndaşlar arasında fiziki qarşıdurma olub.

InterPress.ge xəbər verir ki, hadisə, vətəndaşların təqsirləndirilən şəxs Giorgi Mindadzənin məhkəmə prosesini gözlədiyi vaxt baş verib.

Məlumata görə, mühafizəçilər bir neçə şəxsi məhkəmə binasından çıxarıblar ki, bu da vətəndaşların narazılığına səbəb olub. Hal-hazırda Giorgi Mindadzənin məhkəmə iclası başlamalıdır.

Qeyd edək ki, Tbilisi Tibb Universitetinin tələbəsi Giorgi Mindadzəyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü prim maddəsinin birinci hissəsi ilə ittiham irəli sürülüb. İttiham onun polis əməkdaşına hücum etməsini nəzərdə tutur. Konkret olaraq, Giorgi Mindadzənin 29 noyabr tarixində polis əməkdaşına pirotexniki vasitə ataraq onun ayağını yaraladığı iddia olunur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →