—

Xarici vətəndaşların nəzərinə! Yeni qanun qəbul olunub

546
Xarici vətəndaşların nəzərinə! Yeni qanun qəbul olunub
Dinləmək üçün basın

Gürcüstan parlamenti növbədənkənar sessiyada “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

Gürcüstan parlamenti növbədənkənar sessiyada “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

InterPress.ge xəbər verir ki, dəyişikliklərə əsasən, qanunsuz miqrasiya hallarının aşkar edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin səlahiyyətli qurumlarına əcnəbilərin yaşayış və iş yerlərinə, eləcə də digər əmlaklarına baxış keçirmək səlahiyyəti verilir.

Təcili hallarda baxış məhkəmə sərəncamı olmadan da həyata keçirilə bilər, lakin 24 saat ərzində məhkəməyə müraciət edilməlidir.

Qanuna görə, polis əməkdaşları həmçinin şəxsiyyəti müəyyən etmək, səthi baxış keçirmək və əcnəbinin iş sənədlərini yoxlamaq hüququna malik olacaq.

Komitə sədri Tornike Çeişvili bildirib ki, 2025-ci ilin ilk yarısında 525 əcnəbi ölkədən deportasiya olunub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28% artım deməkdir.

Qeyd olunub ki, yeni hüquqi mexanizmlər miqrasiyaya qarşı mübarizənin gücləndirilməsinə xidmət edəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →