—

Rusiyada qətlə yetirilən qardaşların ölüm səbəbi məlum olub

862
Rusiyada qətlə yetirilən qardaşların ölüm səbəbi məlum olub
Dinləmək üçün basın

Rusiyanın Yekaterinburq vilayətində qətlə yetirilən azərbaycanlı qardaşların meyitlərinin daxili müayinələri zamanı dərinin iç səthində çöldən küt alətin təsiri ilə geniş qan sızmalar olduğu müəyyən edilib.

Rusiyanın Yekaterinburq vilayətində qətlə yetirilən azərbaycanlı qardaşların meyitlərinin daxili müayinələri zamanı dərinin iç səthində çöldən küt alətin təsiri ilə geniş qan sızmalar olduğu müəyyən edilib.

InterPress.ge xəbər verir ki, bunu Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov meyitlərin ekspertiza rəyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, müayinə zamanı qabırğaların ikitərəfli yerdəyişmiş sınıqları da müəyyən olunub:

"Sınıqların yerdəyişməsi nəticəsində uclar vasitəsilə ağciyərlər zədələnib. Ağciyərin sınıq uclar vasitəsilə cırılması hadisəsi baş verib. Qabırğalar arasında qansızmalar mövcud olduğu da diqqətə çatdırılıb. Bununla yanaşı, diafraqmada geniş qansızmalar var idi".

Ə.Həsənov qeyd edib ki, ekspertiza əsasında qardaşların heç birinin iti alət və odlu silahla vurulmadığı, küt alətlə qətlə yetirildikləri məlum olub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →