—

Dörd nəfər narkotiklə bağlı saxlanıldı

581
Dörd nəfər narkotiklə bağlı saxlanıldı
Dinləmək üçün basın

Kaxeti Polis İdarəsinin əməkdaşları keçirdikləri operativ-axtarış və istintaq tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü O.A. və 1998-ci il təvəllüdlü üç əcnəbi – Rumıniya vətəndaşı A.N., Eritreya vətəndaşı F.M. və…

Kaxeti Polis İdarəsinin əməkdaşları keçirdikləri operativ-axtarış və istintaq tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü O.A. və 1998-ci il təvəllüdlü üç əcnəbi – Rumıniya vətəndaşı A.N., Eritreya vətəndaşı F.M. və İordaniya vətəndaşı İ.A.-nı həbs ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Nazirliyin açıqlamasına görə, saxlanılan şəxslər xüsusilə böyük miqdarda narkotik vasitə – marixuananın qrup halında qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə məsuliyyətə cəlb olunublar.

“Cinayət əməli 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Hüquq-mühafizəçilər Laqodexi bələdiyyəsində şübhəlilərin üzərindən, yaşayış evlərindən və hərəkət etdikləri avtomobildən çox miqdarda marixuana aşkarlayaraq maddi sübut kimi götürüblər. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 273-cü prim maddəsi ilə istintaq aparılır,” – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →