—

Qabal kəndində baş verən cinayətlə bağlı iki nəfər saxlanıldı

425
Qabal kəndində baş verən cinayətlə bağlı iki nəfər saxlanıldı
Dinləmək üçün basın

Kaxeti Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində iki nəfər – 1998-ci il təvəllüdlü G.O. və 1994-cü il təvəllüdlü E.İ. qəsdən adam öldürməkdə…

Kaxeti Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində iki nəfər – 1998-ci il təvəllüdlü G.O. və 1994-cü il təvəllüdlü E.İ. qəsdən adam öldürməkdə şübhəli bilinərək saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 

İstintaqla müəyyən edilib ki, 2025-ci ilin 25 iyun tarixində Ləqodexi bələdiyyəsinin Qabal kəndində yerləşən aqrar bazarın ərazisində, həmin bazarda mağaza sahibi olan 1975-ci il təvəllüdlü F.A. odlu silahdan atəş açılaraq öldürülüb. Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılmadan dünyasını dəyişib. Hadisəni törədən şəxslər isə hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları hər iki şübhəlini isti izlərlə saxlayıb. Onlara qarşı Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə istintaq aparılır. Bu maddə üzrə 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →