—

Silahlı insident: bir nəfər yaralanıb

529
Silahlı insident: bir nəfər yaralanıb
Dinləmək üçün basın

Bu gün, axşam saatlarında Batuminin Jordania küçəsində atəş səsləri eşidilib.

Bu gün, axşam saatlarında Batuminin Jordania küçəsində atəş səsləri eşidilib.

InterPress.ge Batumelebiyə istinadən xəbər verir ki, bir nəfər odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Hadisənin şahidlərinin bildirdiyinə görə, yaralanan şəxsə odlu silahdan atəş açılıb. O, dərhal xəstəxanaya aparılıb.

Hadisə "London" otelinin yaxınlığında baş verib və ərazi polis tərəfindən bağlanıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilkin mərhələdə hadisə barədə məlumat verməsə də, sonradan bildirilmişdir ki, insidentlə bağlı Cinayət Məcəlləsinin 19-108-ci (qəsdən adam öldürməyə cəhd) və 236-cı (qanunsuz odlu silah saxlama, daşıma və ya istifadə) maddələri ilə istintaq başlanıb. Hazırda heç kim saxlanılmayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →