—

Bu ölkə 14 günlük karantin rejimini bərpa edir

1,447
Bu ölkə 14 günlük karantin rejimini bərpa edir
Dinləmək üçün basın

Böyük Britaniya hökuməti ölkəyə daxil olan şəxslərə tətbiq edilən karantin rejiminə yenidən dəyişikliklər edib.

Böyük Britaniya hökuməti ölkəyə daxil olan şəxslərə tətbiq edilən karantin rejiminə yenidən dəyişikliklər edib.

InterPress.ge xəbər verir ki, dəyişikliklərə əsasən Danimarka, İslandiya, Slovakiya və Karib dənizində yerləşən Kyurasao adasından ölkəyə gələn şəxslərə14 günlük karantin rejimi tətbiq olunacaq.

Krallığın Nəqliyyat və Xarici İşlər Nazirliklərinin yayımladığı birgə bəyanatda deyilir ki, qərar şənbə günü saat 04:00-dan (Bakı vaxtı ilə 07:00) qüvvəyə minir.

Bununla da Böyük Britaniya pandemiyanın ikinci dalğası riskini azaltmağa çalışır. Ümumilikdə, ölkədə koronavirusa 416 363 nəfər yoluxub, onların 41 902-sinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Britaniya pandemiya zamanı sərhədlərini bağlamayan az sayda Avropa ölkələrindən biridir. Ölkəyə daxil olan turistlərə tətbiq edilən karantin rejimi yalnız 8 iyun tarixindən etibarən fəaliyyətə başladı.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →