—

Azərbaycan XİN başcısı: “Azərbaycan-Gürcüstan əlaqələri strateji xarakter daşıyır”

631
Azərbaycan XİN başcısı: “Azərbaycan-Gürcüstan əlaqələri strateji xarakter daşıyır”
Dinləmək üçün basın

“Azərbaycan və Gürcüstan xalqları hər zaman mehriban qonşuluq şəraitində yaşayıblar”.

“Azərbaycan və Gürcüstan xalqları hər zaman mehriban qonşuluq şəraitində yaşayıblar”.

InterPress.ge-nin xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı David Zalkaliani ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, dövlətlərimiz hər zaman müstəqillik yolunda birgə addımlayıblar, bir-birini dəstəkləyiblər.

“Bu dəstək bu gün də ikitərəfli və çoxtərəfli platformalarda davam edir. Azərbaycan-Gürcüstan əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşı və investorlarından biridir. Ölkələrimiz beynəlxalq səviyyəli enerji resurslarının, enerji mənbələrinin şaxələndirilməsində böyük rol oynayır”, - deyə Azərbaycan XİN başçısı qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →