—

Tbilisidə məhkum Mate Devidzeyə dəstək aksiyası keçirilir

343
Tbilisidə məhkum Mate Devidzeyə dəstək aksiyası keçirilir
Dinləmək üçün basın

Tbilisidə, Melikişvili prospektində toplaşan aksiya iştirakçıları yürüşlə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin birinci korpusunun qarşısına keçiblər.

Tbilisidə, Melikişvili prospektində toplaşan aksiya iştirakçıları yürüşlə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin birinci korpusunun qarşısına keçiblər.

Vətəndaşlar əvvəlcə Melikişvili prospektini, daha sonra isə Çavçavadze prospektini bağlayıblar.

Aksiya iştirakçıları həbs edilən 21 yaşlı Mate Devidzeyə və digər saxlanılan şəxslərə dəstək nümayiş etdiriblər. Onlar aksiya zamanı "İvanişvilinin rejimi rədd olsun!", "Ədalətsiz məhkəmə rədd olsun!" şüarları səsləndiriblər.

Etirazçılar həmçinin Gürcüstanın dövlət himnini birlikdə ifa ediblər.

Qeyd edək ki, polis əməkdaşına hücumda ittiham olunan 21 yaşlı Mate Devidze hakim Nino Qalustaşvilinin qərarı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →