—

İran müdafiə naziri: “Hərbi münaqişə olarsa, regiondakı ABŞ bazalarını hədəfə alacağıq”

328
İran müdafiə naziri: “Hərbi münaqişə olarsa, regiondakı ABŞ bazalarını hədəfə alacağıq”
Dinləmək üçün basın

Hərbi münaqişə baş verəcəyi təqdirdə regionda yerləşən ABŞ hərbi bazaları İranın hücum hədəfinə çevriləcək.

Hərbi münaqişə baş verəcəyi təqdirdə regionda yerləşən ABŞ hərbi bazaları İranın hücum hədəfinə çevriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə İranın müdafiə naziri Əziz Nasirzadə bildirib.

“Qarşı tərəfin bəzi rəsmiləri danışıqların pozulacağı halda münaqişə ilə hədələyir. Əgər bizi münaqişəyə məcbur etsələr, ABŞ-ın bazaları bizə yaxın ərazidə yerləşir və onları hədəfə alacağıq”, – deyə Nazir bəyan edib.

ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, İranla ABŞ arasında nüvə danışıqları cümə axşamına planlaşdırılıb. Lakin İran tərəfi danışıqların bazar günü Oman ərazisində keçiriləcəyini açıqlayıb.

Bundan əlavə, Tramp dünən bəyan edib ki, İran nüvə danışıqları prosesində “daha da aqressivləşir”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →