—

Keçmiş sinif yoldaşları arasında başlayan mübahisə qətllə nəticələndi

1,241
Keçmiş sinif yoldaşları arasında başlayan mübahisə qətllə nəticələndi
Dinləmək üçün basın

Qori bələdiyyəsinin Meçvrisxev kəndində keçmiş sinif yoldaşları arasında baş verən mübahisə qanlı insidentə çevrilib.

Qori bələdiyyəsinin Meçvrisxev kəndində keçmiş sinif yoldaşları arasında baş verən mübahisə qanlı insidentə çevrilib.

InterPress.ge xəbər verir ki, 47 yaşlı Vitali Cocişvili həmkəndlisi və sinif yoldaşı Giorgi Teraşvili tərəfindən ov tüfəngi ilə qətlə yetirilib. Cinayət zamanı mərhumun boğaz nahiyəsinə bir neçə dəfə atəş açılıb.

İlkin məlumatlara görə, hadisənin motivi keçmişdə tərəflər arasında yaşanan mübahisə olub. Gürcüstan Daxili İşlər Nazirliyi cinayətin törədildiyi silahı – ov tüfəngini maddi sübut kimi götürüb.

Aydınlaşdırılıb ki, Teraşvili ümumi tanışlarının evinə gələrək əvvəlcə Cocişvilini təhqir edib, daha sonra isə ona bir neçə dəfə atəş açıb. Məlumata görə, cinayətdə təqsirləndirilən şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.

Atışmadan sonra Teraşvili hadisə yerindən qaçmağa çalışıb. Qonşular dərhal təcili tibbi yardım çağırıblar, lakin həkimlər boğazından ağır yaralanan şəxsin həyatını xilas edə bilməyiblər. Mərhumun həyat yoldaşı və üç azyaşlı övladı qalıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →