—

Faciəvi hadisə: İşdən evə qayıdan kişi 9 yaşlı övladını ölü, həyat yoldaşını isə huşsuz vəziyyətdə tapdı

1,323
Faciəvi hadisə: İşdən evə qayıdan kişi 9 yaşlı övladını ölü, həyat yoldaşını isə huşsuz vəziyyətdə tapdı
Dinləmək üçün basın

Gürcüstanın Xaşuri şəhərində faciəvi hadisə baş verib.

Gürcüstanın Xaşuri şəhərində faciəvi hadisə baş verib.

InterPress.ge xəbər verir ki, işdən evə qayıdan kişi 9 yaşlı övladını ölü, həyat yoldaşını isə huşsuz vəziyyətdə tapıb.

Belə ki, qadın huşsuz vəziyyətdə xəstəxanaya aparılıb və hazırda həkim nəzarətindədir.

Ailə yaxınlarının bildirdiyinə görə, ana və uşaqda zorakılıq izləri müşahidə olunmayıb.

Hadisənin səbəbi ilə bağlı rəsmi məlumat verilməsə də, ilkin ehtimallardan biri zəhərlənmədir. Qonşuların sözlərinə görə, hadisə yerinə qaz təchizatı üzrə müvafiq qurumun əməkdaşları baxış keçiriblər və nə qaz, nə də karbon monoksid sızması qeydə alınmayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə maddəsi (116-cı maddə) ilə istintaqa başlayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →