—

Salome Zurabişvili: Tənqidi televiziyalara senzura tətbiqi İvanişvilinin Rusiyaya bənzər növbəti addımıdır

309
Salome Zurabişvili: Tənqidi televiziyalara senzura tətbiqi İvanişvilinin Rusiyaya bənzər növbəti addımıdır
Dinləmək üçün basın

Tənqidi mövqedə olan iki televiziya kanalına qarşı senzura tətbiqi İvanişvilinin rejiminin Rusiyanın direktivlərinə əməl etməsinin növbəti addımıdır.

Tənqidi mövqedə olan iki televiziya kanalına qarşı senzura tətbiqi İvanişvilinin rejiminin Rusiyanın direktivlərinə əməl etməsinin növbəti addımıdır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın 5-ci Prezidenti Salome Zurabişvili “X”-də yayımladığı açıqlamada bildirib.

“Qalan iki tənqidi televiziya kanalına senzura tətbiqi – bu, ağır cərimələrə və yayım lisenziyalarının dayandırılmasına zəmin yaradan addımdır. Bu, İvanişvilinin rejiminin Rusiyaya bənzər və onun direktivlərinə tabe olan daha bir yeni addımıdır. ABŞ və Aİ-ni reaksiyaya çağırıram!”, – deyə Zurabişvili qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →