—

Polşada prezident seçkilərinin ikinci turu keçiriləcək

285
Polşada prezident seçkilərinin ikinci turu keçiriləcək
Dinləmək üçün basın

Polşada prezident seçkilərinin ikinci turu keçirilir.

Polşada prezident seçkilərinin ikinci turu keçirilir.

InterPress.ge xəbər verir ki, hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski və aparıcı müxalifət partiyası "Hüquq və Ədalət" (PiS) tərəfindən dəstəklənən Polşa Milli Yaddaş İnstitutunun direktoru Karol Navrotski vəzifə uğrunda mübarizə aparırlar.

Təxminən 29 milyon seçici qeydə alınıb, 32 min səsvermə məntəqəsi açılacaq. Respublika XİN-in məlumatına görə, rekord sayda polyak – təxminən 700 min nəfər (birinci turdan təxminən 200 min nəfər çox) xaricdə səs verəcək. Polşada səsvermə məntəqələri saat 07:00-da (Bakı vaxtı ilə 09:00) açılacaq və 21:00-da (Bakı vaxtı ilə 23:00) bağlanacaq, xaricdə (Şimali və Cənubi Amerika) səsvermə mayın 31-də başlanıb.

Ölkə ərazisində məntəqələr bağlanan kimi “Ipsos” sosioloji xidməti tərəfindən hazırlanmış ekzitpol nəticələri dərc ediləcək. Dövlət Seçki Komissiyası seçkilərin rəsmi nəticələrini iyunun 2-də elan etməyi planlaşdırır. Yeni prezident Andjey Dudanın səlahiyyət müddəti başa çatdıqdan sonra, avqustun 6-da vəzifəyə başlayacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →