—

Saakaşvili: “Dünən Daxili İşlər naziri təyin olunan bu adam ‘Milli Hərəkat’ dövründə adi müstəntiq vəzifəsini belə aşmamışdı

434
Saakaşvili: “Dünən Daxili İşlər naziri təyin olunan bu adam ‘Milli Hərəkat’ dövründə adi müstəntiq vəzifəsini belə aşmamışdı
Dinləmək üçün basın

„Dünən daxili işlər naziri təyin olunan bu adam, ‘Milli Hərəkat’ dövründə adi müstəntiq vəzifəsini belə aşmamışdı, amma indiki hakimiyyət onu nazir postuna yüksəltdi."

„Dünən daxili işlər naziri təyin olunan bu adam, ‘Milli Hərəkat’ dövründə adi müstəntiq vəzifəsini belə aşmamışdı, amma indiki hakimiyyət onu nazir postuna yüksəltdi."

InterPress.ge xəbər verir ki, bu sözləri Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili apellyasiya məhkəməsində çıxışı zamanı bildirib.

„Dünən daxili işlər naziri təyin olunan bu adam, ‘Milli Hərəkat’ dövründə adi müstəntiq vəzifəsini belə aşmamışdı, amma indiki hakimiyyət onu nazir postuna yüksəltdi. Bu, mənim vaxtımla indiki rejim arasındakı fərqdir. Biz ən yaxşıları yüksəldirdik, ən yaxşılar irəli gedirdi və dünya səviyyəsində tanınırdılar. Onların çoxu indi biznes konsultantlarıdır və bu insanlar həqiqətən çıxış yolu tapacaq, çünki bizim dövrümüzün ən qürurlu nümayəndələri olublar. Məqsədimiz bu mübarizəni genişləndirmək və gücləndirməkdir. Mən boşuna gəlməmişəm, boşuna özümü qurban verməmişəm. Görürsünüz, dostlar, mənim uzun illər əvvəl xəbərdar etdiyim, qorxduğum, qışqırdığım hər şey tamamilə doğrudur. Anlamalıyıq ki, bütün çətinliklərə baxmayaraq, bu rejim demək olar ki, sona çatıb“ – deyə Saakaşvili vurğulayıb.

Qeyd edək ki, daxili işlər naziri Vaxtanq Gomelauri dünən vəzifəsindən istefa verib. Onun yerinə nazir postuna Qela Qeladze təyin olunub. Qeladzenin namizədliyi Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindən dünən təqdim edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →