—

Zurabişvili Qomelaurinin istefası və Amerika səfirliyinin bəyanatına fikir bildirdi

378
Zurabişvili Qomelaurinin istefası və Amerika səfirliyinin bəyanatına fikir bildirdi
Dinləmək üçün basın

" Biz dağılma və təlatüm prosesini daha aydın görürük. Praktiki olaraq bir gün keçmir ki, Bidzina İvanişvilinin ətrafında indiyədək onu gücləndirən ilk çevrənin dağılmasına dair yeni əlamət görməyək. Bu, sanksiyaların…

"Biz dağılma və təlatüm prosesini daha aydın görürük. Praktiki olaraq bir gün keçmir ki, Bidzina İvanişvilinin ətrafında indiyədək onu gücləndirən ilk çevrənin dağılmasına dair yeni əlamət görməyək. Bu, sanksiyaların bizim təsəvvür etdiyimizdən qat-qat artıq işləməsinə işarədir. Yeri gəlmişkən, sanksiyalar üçün xarakterikdir ki, onlar əvvəlcə yavaş, sonra isə sürətləndirilmiş templə işləyirlər"

InterPress.ge xəbər verir ki, Salome Zurabişvili bunu Vaxtanq Qomelaurinin istefası və ABŞ səfirliyinin bəyanatını qiymətləndirərkən deyib.

"İkinci əlamət çox vacibdir. Əslində, Bidzina İvanişvili bu son addımları ilə ona ən yaxın olan, güvəndiyi, söykəndiyi insanları itirir.O, əslində çılpaq qalır və onun arxasında bir İrakli Kobaxidze dayanır ki, bu da bu rejimin daxili gücə malik olduğunun göstəricisi deyil. Bu, onların üzləşməli olduğu siyasi reallıqdır.

Eyni zamanda, demokratik dostlarımızla bütün tərəfdaşlıqlar itirilir, bu da aydındındır. Biz həmişəkindən daha güclü olmalıyıq, ürəyimizdə əmin olmalıyıq ki, bu döyüş ədalətli mübarizədir və nəticədə qələbə gətirəcək."

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →