—

Vətəndaşlar Rustaveli prospektinə toplaşır

267
Vətəndaşlar Rustaveli prospektinə toplaşır
Dinləmək üçün basın

Rustaveli prospektinə mayın 26-sı ilə bağlı vətəndaşlar toplaşır.

InterPress.ge xəbər verir ki, “26 May Milli Komitəsi”, müxalifət və vətəndaş sektorunun təşkilatçılığı ilə Rustaveli prospektində “Gürcüstan səni yenə də qoruyacağıq” adlı yekun tədbir saat 21:00-da başlayacaq.

Qeyd edək ki, beşinci prezident Salome Zurabişvili axşam saatlarında toplaşan vətəndaşlar qarşısında çıxış edəcək və aksiyaya Gürcüstanın Müstəqillik Günü üçün xüsusi olaraq Tbilisiyə gəlmiş Avropa Parlamentinin üzvləri də qoşulacaq.

Bu gün beşinci prezident Salome Zurabişvilinin, müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin təşkilatçılığı ilə gün ərzində bir sıra tədbirlər və yürüşlər keçirilib. Paytaxtın bir neçə yerindən yürüşlər təşkil olunub və sonda vətəndaşlar qanunverici orqanın qarşısına toplaşıblar.

Onu da xatırlatmaq istərdik ki, bu gün davamlı etirazın 180-ci günüdür. Vətəndaşlar noyabrın 28-dən etibarən hər gün küçələrə çıxaraq etirazlarını bildirirlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →