—

Tramp: Tezliklə Rusiya və Ukrayna arasında irimiqyaslı əsir mübadiləsi həyata keçiriləcək

260
Tramp: Tezliklə Rusiya və Ukrayna arasında irimiqyaslı əsir mübadiləsi həyata keçiriləcək
Dinləmək üçün basın

Rusiya və Ukrayna tezliklə irimiqyaslı əsir mübadiləsi həyata keçirəcək, tərəflər arasında artıq razılaşma əldə olunub.

Rusiya və Ukrayna tezliklə irimiqyaslı əsir mübadiləsi həyata keçirəcək, tərəflər arasında artıq razılaşma əldə olunub.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

"Rusiya və Ukrayna indicə əsir mübadiləsi barədə razılaşıb. Bu, tezliklə baş verəcək. Danışıqlarla əlaqədar hər iki tərəfi təbrik edirəm. Bu, daha böyük bir şeyə səbəb ola bilərmi?", - o qeyd edib.

Xatırladaq ki, Ukraynanın müdafiə naziri Rüstəm Umеrov İstanbulda Rusiya ilə aparılan danışıqlardan sonra bildirib ki, tərəflər "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəlib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →