—

Qonşusunu qətlə yetirən şəxs saxlanılıb

404
 Qonşusunu qətlə yetirən şəxs saxlanılıb
Dinləmək üçün basın

DİN-in İmereti Polis Departamenti və Kutaisi Şəhər İdarəsinin əməkdaşları operativ-istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü T.Ç.-ni qəsdən adamöldürmə ittihamı ilə isti izlərlə…

DİN-in İmereti Polis Departamenti və Kutaisi Şəhər İdarəsinin əməkdaşları operativ-istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü T.Ç.-ni qəsdən adamöldürmə ittihamı ilə isti izlərlə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaq müəyyən edib ki, 2025-ci il 19 may tarixində, Kutaisidə baş vermiş mübahisə zəminində T.Ç. qonşusu – 1970-ci il təvəllüdlü İ.X.-yə soyuq silahla çoxsaylı xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Polis hadisəni törətmiş şəxsi isti izlərlə saxlayıb. Cinayətdə istifadə olunmuş bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə – qəsdən adamöldürmə faktı üzrə aparılır. Bu cinayət 15 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →