—

“Gürcüstan Dəmir Yolları”: Kutaisi-Batumi qatarında yanğın olması xəbəri həqiqəti əks etdirmir- hərəkət bərpa olunub

358
“Gürcüstan Dəmir Yolları”: Kutaisi-Batumi qatarında yanğın olması xəbəri həqiqəti əks etdirmir- hərəkət bərpa olunub
Dinləmək üçün basın

Kutaisi-Batumi istiqamətində hərəkət edən qatar Lançxuti stansiyasında texniki problem səbəbindən dayanıb. Şirkət yayılan məlumatların əksinə olaraq, qatarın yanması barədə iddiaların həqiqətə uyğun olmadığını bildirir.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” məlumat yayıb.

“20 may tarixində Kutaisi-Batumi istiqamətində hərəkət edən qatar texniki nasazlıq səbəbindən Lançxuti stansiyasında dayanıb. Problemin səbəbi kontakt şəbəkəsində yaranmış kiçik zədələnmə olub. Nasazlıq operativ şəkildə aradan qaldırılıb və qatarın hərəkəti bərpa olunub. Hazırda digər qatarlar da fasiləsiz hərəkət edir. Mətbuatda yayılan ‘qatar yanıb’ xəbəri isə həqiqəti əks etdirmir”, – deyə məlumatda qeyd olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →