—

Tbilisidə baş vermiş zorakılıq hadisəsinə görə bir nəfər saxlanılıb

458
Tbilisidə baş vermiş zorakılıq hadisəsinə görə bir nəfər saxlanılıb
Dinləmək üçün basın

Tbilisi Polis Departamentinin Vake-Saburtalo əsas idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ və istintaq tədbirləri nəticəsində, 1995-ci il təvəllüdlü İ.T. sağlamlığa qəsdən ağır xəsarət yetirmək…

Tbilisi Polis Departamentinin Vake-Saburtalo əsas idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ və istintaq tədbirləri nəticəsində, 1995-ci il təvəllüdlü İ.T. sağlamlığa qəsdən ağır xəsarət yetirmək ittihamı ilə saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunan cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İstintaqla müəyyən olunub ki, cari ilin 16 may tarixində, təqsirləndirilən şəxs Tbilisinin Universitet küçəsində yerləşən Yeni İdman Sarayının yaxınlığında 1998-ci il təvəllüdlü B.O.-ya qarşı fiziki zorakılıq tətbiq edib. Zərərçəkən yıxılaraq baş nahiyəsindən ciddi xəsarət alıb.

Hadisədən sonra İ.T. hadisə yerindən qaçıb, B.O. isə xəstəxanaya yerləşdirilərək müalicə alır. Hüquq-mühafizə orqanlarının operativ tədbirləri nəticəsində İ.T. hadisədən bir neçə saat sonra saxlanılıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin birinci hissəsi ilə aparılır. Bu maddə sağlamlığa qəsdən ağır zərər yetirməni nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →