—

Gürcüstan DTX-nin rəhbəri Ermənistanın səfiri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

261
Gürcüstan DTX-nin rəhbəri Ermənistanın səfiri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib
Dinləmək üçün basın

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Anri Oxanaşvili Ermənistanın Tbilisidəki səfiri Aşot Smbatyanla görüşdə iki ölkə arasında strateji əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib.

InterPress.ge xəbər verir ki, görüş zamanı tərəflər Gürcüstan və Ermənistanın təhlükəsizlik xidmətləri arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıblar.

Eyni zamanda, regionda baş verən proseslər və təhlükəsizlik sahəsində qarşıda duran çağırışlar da müzakirə olunub.

Tərəflər gələcəkdə təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı fəaliyyət planlarını nəzərdən keçiriblər.

Səfir Oxanaşvilini Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →