—

Tbilisidə Azərbaycanın böyük şairi Əhməd Cavadın adını daşıyan küçədəki lövhələrdə soyadı səhv yazılıb - FOTO

1,863
Tbilisidə Azərbaycanın böyük şairi Əhməd Cavadın adını daşıyan küçədəki lövhələrdə soyadı səhv yazılıb - FOTO
Dinləmək üçün basın

Tbilisi Şəhər Şurası (sakrebulo) Azərbaycanın böyük şairi Əhməd Cavad ın adını daşıyan küçədəki lövhələrlə bağlı məsələni nəzarətə götürüb.

Tbilisi Şəhər Şurası (sakrebulo) Azərbaycanın böyük şairi Əhməd Cavadın adını daşıyan küçədəki lövhələrlə bağlı məsələni nəzarətə götürüb.

InterPress.ge-nin məlumatına görə, bu barədə “Report”un yerli bürosunun sorğusuna cavab olaraq şuranın Ad və simvolika üzrə Komissiyasından bildirilib.

Agentliyin Tbilisi Şəhər Şurasına göndərdiyi sorğuda qeyd olunub ki, Gürcüstanın paytaxtında Azərbaycanın məşhur şairi, ictimai xadimi və dövlət himninin müəllifi, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasını orijinaldan Azərbaycan dilinə tərcümə edən Əhməd Cavadın adını daşıyan küçə var. Lakin küçədəki lövhələrdə ciddi səhvlər mövcuddur. Sorğuda xatırladılıb ki, bu ilin mayın 5-də Ə.Cavadın anadan olmasının 128-ci ildönümü tamam olacaq: “Küçənin lövhələrindəki səhvlərin düzəldilməsi ədibin xatirəsinə ehtiram əlaməti olar”.

Komissiyadan bildirilib ki, qeyd olunan səhvlərin aradan qaldırılması üçün tədbirlər görüləcək.

Qeyd edək ki, Əhməd Cavad küçəsi Tbilisinin İsani rayonunda yerləşir. 2011-ci ildən bu adı daşıyan küçənin lövhələrində şairin gürcü dilində adı və soyadı düzgün yazılsa da, ingilis dilində soyadda səhvə yol verilib. Xarici dildə şairin soyadı Djavad əvəzinə Djavadan kimi göstərilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →