—

Tbilisidə Avropa Günü münasibətilə “Güc birlikdədir, güc Avropadadır” şüarı ilə yürüş keçirilir

311
Tbilisidə Avropa Günü münasibətilə “Güc birlikdədir, güc Avropadadır” şüarı ilə yürüş keçirilir
Dinləmək üçün basın

Tbilisidə Avropa Gününə həsr olunmuş yürüş Avlabari metrosundan Avropa meydanına doğru start götürüb.

Tbilisidə Avropa Gününə həsr olunmuş yürüş Avlabari metrosundan Avropa meydanına doğru start götürüb.

InterPress.ge xəbər verir ki, aksiyada “Dəyişiklik üçün Koalisiya” üzvləri və etiraz aksiyaları çərçivəsində saxlanılan şəxslərin ailə üzvləri də iştirak edirlər.

Aksiya iştirakçıları əllərində müxtəlif məzmunlu plakatlar və “Rejimin əsirlərinə azadlıq” yazılı, saxlanılan şəxslərin şəkillərini daşıyırlar. Onlar tez-tez “Oliqarxiyaya od!” şüarları səsləndirərək etirazlarını bildirirlər.

Yürüş Avropa meydanında yekunlaşacaq və burada birgə aksiya keçiriləcək. Avropa Günü Gürcüstanda vətəndaşların Avropa dəyərlərinə bağlılığını və Avropa İttifaqına inteqrasiya arzusunu ifadə etmək üçün qeyd olunur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →