—

İrakli Kobaxidze: Radikallar siyasətdən uzaqlaşdırıldıqdan sonra Gürcüstan cəmiyyəti birləşəcək

422
İrakli Kobaxidze: Radikallar siyasətdən uzaqlaşdırıldıqdan sonra Gürcüstan cəmiyyəti birləşəcək
Dinləmək üçün basın

Radikallar siyasətdən uzaqlaşdırıldıqdan sonra Gürcüstan cəmiyyəti birləşəcək.

Radikallar siyasətdən uzaqlaşdırıldıqdan sonra Gürcüstan cəmiyyəti birləşəcək.

InterPress.ge xəbər verir ki, bunu  Baş nazir və “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.

Baş nazir bildirib ki, radikal qruplar Gürcüstanın siyasi həyatından uzaqlaşdırıldıqdan sonra ölkə daxilindəki nifrət və parçalanma meyilləri də aradan qalxacaq.

“Bu, çox yaxın zamanda baş verəcək. Biz mütləq nifrətə qalib gələrək itirilmiş həmvətənlərimizi geri qaytaracağıq və gürcü cəmiyyətini birləşdirəcəyik. Bu, bizim milli vəzifəmizdir”, – o vurğulayıb.

İ.Kobaxidze qeyd edib ki, kənardan gürcülərin bir-birinə və dövlət institutlarına qarşı nifrətə təşviq olunma cəhdləri var və bu, ölkənin əsas dəyərlərinə qarşı yönəlib:

“Biz heç kimin gürcü cəmiyyətini nifrətlə parçalamasına imkan verməyəcəyik. Cəmiyyəti məhəbbətlə birləşdirəcəyik. Birləşmə həm də Gürcüstanın ərazi bütövlüyünün bərpasıdır - Abxaziya və Cənubi Osetiyanın sülh yolu ilə vahid gürcü dövlətinə qayıtmasıdır. Sevgi nifrətə, xeyir şərə, həqiqət isə yalana qalib gələcək”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →