—

188 min dollarlıq saxta pul dövriyyəyə buraxan iki nəfər saxlanılıb

539
 188 min dollarlıq saxta pul dövriyyəyə buraxan iki nəfər saxlanılıb
Dinləmək üçün basın

İstintaq Xidmətinin əməkdaşlar tərəfindən həyata keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində əvvəlcədən əlbir olmuş qrup tərəfindən külli miqdarda saxta pulun dövriyyəyə buraxılması faktı aşkar edilib…

İstintaq Xidmətinin əməkdaşlar tərəfindən həyata keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində əvvəlcədən əlbir olmuş qrup tərəfindən külli miqdarda saxta pulun dövriyyəyə buraxılması faktı aşkar edilib və iki nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədilə Şida Kartli bölgəsində ümumilikdə 188 900 ABŞ dolları məbləğində, 1 889 ədəd saxta 100 dollar nominallı əsginası dövriyyəyə buraxıblar.

Keçirilmiş istintaq tədbirləri nəticəsində bütün saxta əsginaslar götürülüb.

Hazırda araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə aparılır. Maddə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →