—

Polis 4 narkotik alverçisi tutub

478
Polis 4 narkotik alverçisi tutub
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin İstintaq və Dedektivlər Bölmələri, eləcə də həmin idarənin Siğnaği, Qurcaani və Axmeta rayon şöbələrinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirdikləri…

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin İstintaq və Dedektivlər Bölmələri,  eləcə də həmin idarənin Siğnaği, Qurcaani və Axmeta rayon şöbələrinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik cinayətləri törətməkdə təqsirli bilinən 4 nəfər tutulub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Aşağıdakı şəxslər dəfələrlə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması və satılması ittihamı ilə saxlanılıblar: İraq Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü V.A. və əvvəllər məhkum olunmuş şəxslər: 1973-cü il təvəllüdlü Ş.G., 1969-cu il təvəllüdlü V.Ğ., hazırda şərti sınaqda olan 1990-cı il təvəllüdlü R.İ.

Polis hakimin hökmü əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə saxlanılmış şəxslərdən nəzarət altında narkotik alışları həyata keçirib və bu alışların audio və video çəkilişlərini gizli şəkildə qeydə alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin şəxsi və yaşayış evlərinə baxış nəticəsində maddi sübut kimi narkotik vasitə olan “buprenorfin”, “alfa-PVP” və “qurudulmuş marixuana” götürüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı maddəsi, 260-cı Tersiya və 273-cü Prima maddələri ilə istintaq aparılır.

Cinayət 17 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →