Tbilisidə, Vağzal meydanı ərazisində bir nəfər ölüb.
InterPress.ge xəbər verir ki, kişi dava zamanı aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Digər təfərrüatlar məlum deyil.
Polis hadisə yerində əməliyyat-istintaq tədbirləri həyata keçirir. DİN-dən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə araşdırma aparılır.

