—

Tbilisidə Salome Zurabişvilinin evinin yanında atışma baş verib

381
Tbilisidə  Salome Zurabişvilinin evinin yanında atışma baş verib
Dinləmək üçün basın

Şənbə gününə keçən gecə Tbilisinin mərkəzində Salome Zurabişvilinin evinin yanında atışma baş verib.

Şənbə gününə keçən gecə Tbilisinin mərkəzində Salome Zurabişvilinin evinin yanında atışma baş verib.

InterPress.ge xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

"Səhər saat 4:20-də Qudiaşvili bağı ərazisində və evimin qarşısında səs-küy qalxdı: təxminən 40 nəfərdən ibarət bir qrup qışqırır və dalaşırdı, nəhayət, silah tətbiq edildi (8 güllə, biri mənim həyətimdə). Bu, artıq mənim təhlükəsizliyimlə bağlı məsələ deyil, şəhərdə təhlükəsizlik məsələsidir. Bura şəhərin mərkəzidir, burada kafe və barlar gecə gec saatlara qədər işləyir, gənclər gecələr gəzintiyə çıxır, çoxlu sayda əcnəbi var, gecə reysləri ilə gələn turistlər bu ərazidəki hotellərə yerləşirlər", - o qeyd edib və istintaq tədbirlərindən sonra hadisə yerində çəkilmiş fotoları paylaşıb.

Zurabişbilinin sözlərinə görə, polis hadisə yerinə yalnız səhər saat doqquzda gəlib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →