—

Tbilisidə aksiyalar zamanı saxlanılanların valideynləri etiraz aksiyası keçirir

309
Tbilisidə aksiyalar zamanı saxlanılanların valideynləri etiraz aksiyası keçirir
Dinləmək üçün basın

Tbilisidə, Ali Ədliyyə Məktəbinin qarşısında, etiraz aksiyalarında saxlanılan şəxslərin valideynləri etiraz aksiyası keçirirlər.

Tbilisidə, Ali  Ədliyyə Məktəbinin qarşısında, etiraz aksiyalarında saxlanılan şəxslərin valideynləri etiraz aksiyası keçirirlər.

InterPress.ge xəbər verir ki, etirazçılar uşaqlarının işləri üzrə qərar çıxarmış hakimlərin şəkilləri əks olunan plakatlar qaldırıblar.

Plakatlarda Nino Qalustashvili, Davit Mamiseişvili, Tamar Mçedlişvili, Nino Saxelaşvili, Natia Gudadze və digər hakimlərin fotoları yer alıb.

Valideynlərin sözlərinə görə, bu hakimlər etiraz aksiyalarında saxlanılan şəxslərin işlərində “ədalətsiz qərarlar” çıxarıblar.

Aksiya iştirakçıları Ədalət Məktəbinin girişində hakimlər binaya daxil olarkən “şərəf (utanc) dəhlizi” düzənləyiblər. “Utanmırsınız?”, “Qul!” kimi şüarlar səslənib.

Əraziyə patrul polisi cəlb olunub. 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →